"Dünyada ərzaq məhsullarının qiyməti sürətlə artır. Buna pandemiya, Ukrayna-Rusiya müharibəsi də təsir göstərir. Azərbaycana da dünyada müşahidə olan qiymət artımı öz təsirini göstərir”. 
Foodinfo.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Fəzail Ağamalı bildirib.
O xatırladıb ki, Azərbaycanda ərzaq məhsullarına 18% ƏDV tətbiq olunur: “Təklif edirəm ki, ərzaq məhsullarına tətbiq olunan ƏDV azaldılsın. Burada müxtəlif variantlar ola - 2%, 3%, 4% ƏDV tətbiq oluna bilər. Hesab edirəm ki, hazırda pərakəndə satış məntəqələrində satılan məhsullara 18% tətbiq olunur ki, bu da çoxdur”. Deputat eyni zamanda Azərbaycanda istehsal olunmayan kənd təəssüratı məhsulları üçün tətbiq olunan gömrük rüsumlarının ya aşağı salınmasını, ya da tamamilə ləğv olunmasını təklif edib.