Bir dişin itirilməsi beyninizin bir il yarım qocalmasına bərabərdir.
Yaponiyanın Tohoku Universitetinin tədqiqatçıları, Alzheymer xəstəliyinin irəliləməsi ilə kiçildiyi bilinən beynin hipokampus hissəsinin ağız sağlamlığı ilə əlaqəsini araşdırıblar.
Bu çərçivədə koqnitiv xəstəlikləri olmayan 55 yaş və daha yuxarı 172 şəxsə dörd il ara ilə iki dəfə ağız müayinəsi, maqnit rezonans görüntüləmə (MRT) və beyin skanları aparılıb.
Ağızdakı dişlərin sayının azalması və diş əti xəstəliklərinin artması ilə düşüncə və yaddaşı idarə edən hipokampusun sol hissəsinin sürətlə kiçildiyi müşahidə edilib.
Araşdırmamız bu ağız xəstəliklərinin beynin düşüncə və yaddaşı idarə edən hissəsinə təsirini aşkar edib. Daimi müayinələrlə diş əti xəstəliklərini nəzarət altında saxlamaq vacibdir. Yalnız şiddətli iltihablar zamanı dişin çıxarılması və protezdən istifadə edilməsi lazım ola bilər.