Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Taxıl təklif və tələb Hesabatının son buraxılışında 2022-ci ildə taxıl istehsalının artacağını proqnozlaşdırır ki, bu da qıtlığın qarşısını alacaq.
Foodinfo.az xəbər verir ki, bununla belə FAO-nun cümə günü yaydığı məlumatda qeyd olunur ki, proqnoz Ukraynadakı vəziyyətin potensial nəticələrini nəzərə almadan verilib.
Proqnozlara görə, dünyada buğda istehsalı 790 milyon tona yüksələ bilər. Şimali Amerika və Asiyada gözlənilən yüksək məhsuldarlıq və əkin sahələrinin genişləndirilməsi Avropa İttifaqındakı bir qədər azalmanı kompensasiya edəcək.
"2021-2022-ci illər mövsümündə qlobal taxıl istehlakının ötən mövsümlə müqayisədə 1,5% artaraq 2,8 milyon tona çatacağı gözlənilir. 2022-ci ilin sonunda taxıl ehtiyatlarının cüzi artımı proqnozlaşdırılır ki, bu da 836 milyon ton həcmində qiymətləndirilir", - məlumatda bildirilir
Son xəbərlər
- Bu məhsulu qışda ürək və qan damarlarının sağlamlığı üçün yemək lazımdır
- Hazır şorbalar ilə heç vaxt bu səhvlərə yol verməyin
- Axşam yeməyi üçün ən pis içkilər
- Bitki yağı nümunəsinin müayinəsi üzrə keçirilən laboratoriyalararası səriştəlilik sınağının nəticəsi məlum olub
- Turş naringiləri 30 saniyə ərzində necə şirinə çevirmək olar?
- Pendirin ən sağlam növləri hansılardır?