Nigeriyanın Katsina bölgəsində polis üç yaşlı uşağı qaçırıb fidyə aldıqdan sonra diri-diri basdırmaqda şübhəli bilinən şəxsi həbs edib. Foodinfo.az xəbər verir ki, bu barədə “This Day Live” məlumat yayıb.
30 yaşlı Abubakar Abdulraziz adlı şəxs Adamu Alhassan adlı uşağı qaçırıb.
O, 800.000 naira (3000 manat) məbləğində fidyə tələb edən məktub qoyub. Oğru məktubda telefon nömrəsini göstərib. Uşağın atası nigeriyalı ilə danışıqlara girib və 150 min naira (541 manat) ödəyib, lakin bundan sonra girov azad edilməyib. Sonradan məlum olub ki, Abdulraziz fidyə aldıqdan sonra uşağı diri-diri basdırıb.
Polis şübhəlinin etibarlı məlumat əsasında tutulduğunu və əməlini etiraf etdiyini bildirib.
Fərid