Finlandiya Peşə Sağlamlığı İnstitutunun tədqiqatçıları müəyyən ediblər ki, gec yatan insanlar (“bayquşlar”) pis vərdişlərə meylli olduqları üçün “erkənçi quş”lara nisbətən daha qısa ömür sürürlər.

Foodinfo.az xəbər verir ki, tədqiqatda iştirak edən 8728 əkiz iştirakçının məlumatlarını təhlil edən mütəxəssislər “bayquşların” gənc yaşda, vaxtından tez ölüm riskinin 9% daha çox olduğu qənaətinə gəliblər.

Bu, “bayquş”ların səhər tez oyananlarla müqayisədə daha çox siqaret çəkməsi və spirtli içki qəbul etməsi ilə bağlıdır.

Belə ki, “bayquş”ların yalnız 22%-i heç vaxt spirtli içki qəbul etməyib, halbuki “erkənci quş”lar arasında belə insanların sayı 33% təşkil edir. Daha öncəki tədqiqatlar da gec yatmağı diabet və ürək-damar xəstəlikləri riskinin artması ilə əlaqələndirib.

Odur ki, gec və ya tez yatmaq arasında seçiminiz varsa, bu barədə düşünməyə dəyər.

Nurlan