Gəncə şəhər 3 nömrəli tam orta məktəbin şagirdləri arasında zəhərlənmə olub.
Foodinfo.az-ın APA-ya istinadən verdiyi məlumata görə, məktəbin 6 şagirdi zəhərlənib.
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən faktı təsdiqləyiblər.
İctimaiyyətə əlavə məlumat veriləcək.
***
TƏBİB-dən bildirilib ki, bu gün saat 11:30 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına Xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə zəhərlənmə ilə 6 yeniyetmə daxil olub: “İlkin tibbi yardım göstərildikdən sonra onlardan 4-ü ambulator müalicə üçün evə buraxılıb. Hazırda iki nəfərin müalicəsinə tibb müəssisəsinin İntensiv terapiya şöbəsində davam edilir, vəziyyətləri orta stabildir”.