Məlumdur ki, gün ərzində davamlı olaraq ayaqların ayaqqabıda olması, xüsusilə yay aylarında uzun müddət havasız qalması ayaqlarda göbələk əmələ gətirir. 

 Foodinfo.az xəbər verir ki, soda müalicəsini ayaqlara tətbiq etdikdə insanların qorxulu yuxusu olan göbələklərin məhv olması məlum olub.

Soda müalicəsini həftədə 3-4 dəfə tətbiq etmək tövsiyə olunur.

Lazım olanlar:

4 litr su

4 xörək qaşığı soda

Ayaqlarınızı bu qarışımın içində yarım saat saxlayın.

Ölü dəri yumşaldıqdan sonra ayaqlarınızı pomza daşı ilə yaxşıca ovuşdurun. Beləliklə, soda və isti suyun köməyi ilə ölü dəri axıb gedir.

Sonra ayaqlarınızı yaxşıca yuduqdan sonra nəmləndirici krem çəkin və pambıq corab geyinin.

Karbonatlı suyun faydaları nələrdir?

Sodalı su dərinin gözəlləşməsinə kömək edir. Şüurlu istehlakla bundan faydalana bilərsiniz. Sızanaqları müalicə etmək üçün karbonatlı su istifadə edilə bilər.

 Karbonatlı su günəş yanığı və yüngül yanıqlara tətbiq olunarsa, ağrıları azaldır.

Sodalı su dişləri ağartmağa kömək edir. Ağızdakı qoxuları aradan qaldırmaq üçün onunla qarqara edə bilərsiniz. Yüngül boğaz ağrıları üçün də təsirlidir. Bundan əlavə, sodalı su ağız yaralarına faydalıdır.

Çatlayan və quruyan ayaqlar üçün faydalıdır. Əgər belə bir probleminiz varsa, qaynar suya soda və sirkə qoyub 20 dəqiqə ayaqlarınızı bu suda saxlaya bilərsiniz.

Sodalı su ayaq qoxusuna da faydalıdır. Ayaqlarınızı bu suda bir müddət islatmaqla pis ayaq qoxusundan xilas ola bilərsiniz.

Dəri sağlamlığı və gözəlliyi üçün ondan kömək ala bilərsiniz. Çünki dəri hüceyrələrinin aktivləşməsinə kömək edir.

Sodadan kəpəkli saçlar üçün durulama vasitəsi kimi istifadə etdiyiniz zaman kəpəkdə azalma müşahidə edə bilərsiniz.

Çox yaxşı dezinfeksiyaedicidir. Karbonatlı su çirkli və yağlı yerləri təmizləmək üçün istifadə edilə bilər.

Karbonatlı su mədə problemlərinə və həzm pozğunluğuna qarşı çox təsirlidir.