Kabak son dərəcə aşağı kalorili məhsuldur və çox faydalıdır. Ondakı maye hüceyrələr tərəfindən asanlıqla qəbul edilir və buna əlavə enerji tələb olunmur. 

Foodinfo.az xəbər verir ki, bu barədə diyetoloq Yelena Solomatina danışıb.

Dietoloqun sözlərinə görə, kabakın inanılmaz dərəcədə vitaminlərlə zəngin olduğunu söyləmək olmaz, lakin onun tərkibində görmə, dəri və saça müsbət təsir göstərən bir sıra faydalı maddələr var. Bundan əlavə, sümük sisteminə yaxşı təsir edir və qan təzyiqini stabilləşdirir.

Kabak orqanizmdən bir sıra zərərli maddələrin xaric olmasına kömək edir, ona görə də uşaq, qoca və xəstələr üçün çox faydalıdır. 

Bu tərəvəz qızardılır, sobada bişirilir, qaynadılır, supa qatılır və qızaran ətin yanında qarnir kimi süfrəyə verilir. Lakin kabakı çiy də yemək olar. 

Ona yağ tez hopduğu üçün yağda qızartmaq məsləhət deyil, çünki bu halda faydalı xüsusiyyətləri aradan gedəcək.