EMA QSC “Türkan Aqro” şirkətini məhkəməyə verib.

Foodinfo.az xəbər verir ki, QSC şirkətə qarşı alqı-satqı müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsini istəyir.

İddiaya Bakı Kommersiya Məhkəməsində baxılır.

Qeyd edək ki, “Türkan Aqro” kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən bir şirkətdir. Parniklərdə yetişdirilən kənd təsərrüfatı məhsulları yerli bazarda satılır və həmçinin Rusiyaya ixrac olunur. 

EMS QSC Azərbaycanda kənd təsərrüfatı üçün dərman, gübrə, toxum və avadanlıq sahələrində 1996-cı ildə fəaliyyətə başlayan şirkətdir. EMA şirkəti dünya miqyaslı lider şirkətlərinin Azərbaycanda rəsmi distributurudur.