London Universitet Kollecinin tədqiqatçılarının araşdırmasına görə, müntəzəm olaraq yata bilmək beynimiz üçün faydalıdır və bu, beynin daha uzun müddət böyük qalmasına kömək edir. Çünki yaşlandıqca beyin təbii olaraq kiçilir.
Gün ərzində yatanların beyni 15 kub santimetr daha böyük qalır, bu səbəblə də qocalma 3-6 il gecikir.
Bununla belə, alimlər gündüz yuxusunun yarım saatdan az olmasının tərəfdarıdırlar.
Gün ərzində yatmaq körpəlikdə beynin inkişafı üçün çox vacibdir, lakin insanlar yaşlandıqca bu vərdişdən imtina edirlər. Tədqiqatçıların fikrincə, az yuxu zamanla beynin fəaliyyətinə və beyin hüceyrələrinə zərər verir