Yanaqda qızartı və şikinliklə müşayiət olunan bu allergik xəstəlik adətən uşaqlarda baş verir.
Foodinfo.az milli.az-a istinadən xəbər verir ki, qızartılar bir və ya hər iki yanaqda ola bilir. Qızartılar qaşınan və ya qaşıntısız ola bilir. Yanaqda əmələ gələn dairəvi qızartılar görünüşünə görə qabıqlı və qabıqsız olmaqla 2 cür olur. Səpgilər dəri qatından biz az qabarıq şəkildə təzahür edir və çəhrayı, qırmızı və moruq rəngində ola bilir. Qızartılar nöqtə və ya ləkələr halında ola bilir. Qızartılar akne, ekzema, dermatit, allergik reaksiya, rozella səpgiləri halında olur. Yanaqdakı qızartılar zərərsiz sayıla bilir və asanlıqla müalicəyə tabe olur.
Amma bəzən bu qızartılar bakterial meningit və ya sistem xəstəliklərin əlaməti də ola bilər. Bakterial meningit zamanı yanaqda olan qırmızılardan sonra üzün dərisində göyümtül-moruq rəngində ləkələr qalır. Ona görə də həkimə müraciət etmək və diaqnozu dəqiqləşdirmək lazımdır.
Yanaqdakı qızartılara sinir sistemi xəstəlikləri, həzm prosesində baş verən patologiyalar, kardiosirkulyator xəstəliklər, immun sistemi xəstəlikləri səbəb ola bilir.
Yanaqda qızartılarla bərabər bəzi əlamətlər də meydana çıxa bilər:
- qızartılarda qabarma və qanamalar
- yanaqda yanğı hissi
- dəridə qaşınma və çatlar
ağız və ya burunda yaralar
- nadir hallarda çənədə və boyunda yaraların olması
- qızartı və iltihab
- qabıqvermə və qabığın soyulması
- qızartının ətrafında şişkinlik
- yanaqda qan damarlarının görünməsi.
Qızartıların həcmı geniş olduqda xəstələrdə burun axması və asqırma da müşayət edilir.
Yanaqlarda qızartıların əmələ gəlməsinə bəzi kimyəvi maddələrlə yaxın təmasda olmaq da səbəb ola bilir. Bu zaman qızartını asanlıqla aradan qaldırmaq mümkündür. Qızartını törədən səbəbdən uzaq durmaq və yüngül allergiya müalicəsi xəstəliyin əlamətlərini aradan qaldırır.