Sağlam olmaq üçün sümük quruluşumuz güclü olmalıdır. Mütəxəssislər bu mövzuda D vitamininin əhəmiyyətinə diqqət çəkirlər. Yay aylarının gəlişi D vitamini qəbul etməyi bizim üçün daha asanlaşdırır.
Foodinfo.az xəbər verir ki, D vitamini çox əhəmiyyətli bir vitamindir. Diabet və xərçəng növlərinin qarşısını alır, depressiya ilə mübarizəni asanlaşdırır. Mütəxəssislər "D vitamininin ən təbii qaynağı günəş şüalarını idarəli şəkildə və müəyyən vaxtlarda qəbul etməkdir" deyirlər.
Vitaminin 80%-i dəridə sintez olunur. Günəşə çıxmaq üçün ən yaxşı vaxt 10:00-15:00 arasıdır. Gündə cəmi 10-15 dəqiqə günəşə məruz qalmaq orqanizmin D vitaminini saxlaması üçün kifayətdir.