Gürcüstanda buğda ehtiyatı faktiki olaraq tükənib.
Foodinfo.az “TASS”a istinadən xəbər verir ki, bu barədə məlumatı Gürcüstanın Taxıl və Un İstehsalçıları Assosiasiyasının rəhbəri Levan Silaqava açıqlayıb.
Onun sözlərinə görə, ölkə fəal olaraq un idxal etməyə başladığı üçün dəyirmanlar yaxın günlərdə fəaliyyətini dayandıracaq: “Bir neçə aydır ki, ölkəyə aktiv şəkildə un gətirilir, bu isə öz növbəsində buğdanı əvəz edir. Bu gün elə vəziyyətə çatmışıq ki, əvvəllər sahib olduğumuz buğda ehtiyatı faktiki olaraq tükənib”.
Silqava, həmçinin qeyd edib ki, Gürcüstanın cari qanunvericiliyinə əsasən, un idxalına qoyulan vergi sıfıra bərabərdir. Buğda üçün nəzərdə tutulan vergi isə hazırda 1 tona görə 120 dollar təşkil edir.
O bildirib ki, BMT ölkələrə minimum 2 aylıq buğda ehtiyatı saxlamağı tövsiyə edir.
Son xəbərlər
- Həkim xurmanın ölümcül təhlükəsi barədə xəbərdarlıq edib
- Arıqlamaq və 20 il daha uzun yaşamaq üçün ideal səhər yeməyi
- Dostlarının yemək qalıqlarını yemədiyi üçün sevgilisindən ayrıldı
- 15 il ərzində hər gün eyni şeyi yeyir - SƏBƏB
- Mükəmməl şorbanın düsturu məlum oldu
- Qadın meşədən bahalı göbələk tapdı