Mütəxəssislər hamilə qadınların uzaq durması lazım olan içkiləri açıqlayıblar.
Foodinfo.az lent.az-a istinadən bildirir ki, mütəxəssislərin fikrincə, hamilə qadınlar kofe, qazlı su, çay və digər kofeinli içkilər içməkdən imtina etməlidir.
Həkimlər hamilə qadınlara və ya hamilə qalmağı planlaşdıranlara gündə 200 milliqramdan az kofein qəbulunu tövsiyə edirlər. Erkən hamiləlik dövründə kofeinin qəbulunu tədricən azaltmaq bu maddənin dölə mənfi təsirinin qarşısını almağa kömək edəcək.