Havadakı kiçik zərrəciklərə yüksək miqdarda məruz qalmaq üç ildə ağciyər xərçəngi riskini artıra bilər. 

Foodinfo.az xəbər verir ki, bu barədə Türkiyə KİV yazıb. 

Araşdırmalar göstərib ki, havanın çirklənməsi ən çox xərçəngə dönüşmək riskinə yol açan genetik dəyişikliklərin ola biləcəyi ağciyəri təhdid edir. Bu risk əsasən heç siqaret çəkməyən şəxslərdə daha böyükdür.

“Yaşımız artdıqca xərçəngə səbəb olan mutasiyalaarı keçirən hüceyrələr təbii olaraq toplanır. Bunlar normalda aktiv deyil. Havanın çirklənməsi bu hüceyrələri oyadır və potensial şiş yaratmağa təşviq edir”, - deyə İngiltərənin Franscis Crick Universitetinin alimi Çarlz Svanton deyib.

Nurlan