35 yaşından sonra bədənin zülalla təmini birinci yerdə olmalıdır.
Foodinfo.az medicina.az-a istinadla xəbər verir ki, kardioloq, biotexnoloq Tatyana Feofanova sağlamlığı qorumaq üçün protein, zülal qəbulunu tənzimləməyi məsləhət görür.
"İnsan gündə 3 dəfə, hər yeməyində zülal qəbul etməlidir. Ət yoxdursa, yumurta yeyin. Səhər bir, günorta 2 yumurta yeyə bilərsiz. Bu əzələ kütləsinin itirilməməsinə dəstək olacaq.
Əgər sağlamlığınızda problem yoxdursa, gündə 4 yumurta da yeyə bilərsiz. Əzələ kütləsinin zəifləməsi bədəni qocaldır. ELəcə də bitki yağları vacibdir.
Rafinə olunmayan bitki yağlarını gündə 30 ml qəbul edin. Əgər öddə daş varsa, duru yağla ethiyatlı olun. Daş yoxdursa, yağ ödün aktivləşməsi üçün birinci vasitədir".