Çayndanda yığılıb qalan ərp insan həyatı üçün çox təhlükəlidir.
Foodinfo.az gundem.az-a istinadla xəbər verir ki, bunu rusiyalı uroloq-androloq Vladimir Stepanov bildirib. Onun sözlərinə görə, ərp bağlayan çayndandan içilən su insanın sağlamlığına təsirindən danışıb:
“Çayndanda ərpin yığılması çox pisdir. O, əvvəlcə su ilə mədəyə daxil olur. Bu, bədəndə kalsium duzlarının miqdarının artmasına kömək edir. Bundan əlavə, qanda kalsiumun səviyyəsi yüksəlir, bu da böyrəklərdə daş əmələ gəlməsi prosesinə səbəb olur ".
Həkimin sözlərinə görə, ərp insanın mədə-bağırsaq traktının orqanlarına da mənfi təsir göstərir.