“İdmanla şüursuz şəkildə məşğul olmaq infarkta qədər bir çox ağır nəticələrə səbəb ola bilər”.
Foodinfo.az xəbər verir ki, bu barədə türkiyəli ekspert İsmail Özturan danışıb.
“Bu cür problemlərin başında əzələ-skelet sistemi problemləri və ürək problemləri dayanır. Travma və həddən artıq yüklənmə ilə bağlı qırıq, çıxıq, əzələ yırtılmaları, baş travmaları, bel və boyun tutulması tez-tez rast gəlinən problemlərdir. Ürəkgetmə və infarkta qədər ciddi fəsadlara səbəb ola bilər”, - deyə ekspert qeyd edib.