Tibb elmləri doktoru, kardioloq Ulf Landmesser “Focus” nəşrinə müsahibəsində infarktdan necə qorunmaq barədə danışıb.
Foodinfo.az xəbər verir ki, həkim dörd faktoru sadalaıb. Onun fikrincə, bunun qarşısını almaq üçün qan təzyiqi, aşağı sıxlıqlı lipoproteinlər və orqanizmdə şəkər səviyyəsinə nəzarət etmək lazımdır.  
“Bütün bunlar bu gün öhdəsindən gələ biləcəyimiz risk faktorlarıdır. Nə qədər tez əks tədbirlər görülsə, bir o qədər yaxşıdır”, - deyə ekspert vurğulayıb.
Kardioloqun sözlərinə görə, infarkt xroniki iltihabi xəstəlikləri olan insanları daha tez yaxalaya bilər. Belə xəstələr yuxarıda göstərilən göstəricilərə görə xüsusilə diqqətlə izlənilməlidir.  Landmesser 40 yaşdan yuxarı insanlar üçün müntəzəm, hərtərəfli müayinələri tövsiyə edib.
Leyla