Professor, tibb elmləri doktoru və kardioloq Dr. Ulf Landmesser “Focus” jurnalına müsahibəsində infarktın qarşısının alınması ilə bağlı dəyərli fikirlərini bölüşüb.
Foodinfo.az xarici mətbuata istinadən xəbər verir ki, Landmesser infarktdan qorunmaq üçün dörd əsas amildən danışıb.
Onun sözlərinə görə, qan təzyiqinə, aşağı sıxlıqlı lipoprotein xolesterininin səviyyəsinə və qanda şəkərinin miqdarına nəzarət etmək lazımdır. Bundan əlavə, o, ailənin xəstəlik tarixçəsindən xəbərdar olmağın vacibliyini vurğulayıb. Nə qədər tez profilaktik tədbirlər görsəniz, bir o qədər yaxşıdır.
Dr. Landmesser xroniki iltihabi xəstəlikləri olan insanların daha çox infarkt riski altında olduğunu izah edib. Belə xəstələr xüsusilə ayıq olmalı və yuxarıda göstərilən amillərə nəzarət etməlidirlər.
Risk faktorlarını müəyyən etmək üçün Landmesser 40 yaşdan yuxarı insanlara mütəmadi olaraq hərtərəfli müayinələrdən keçməyi tövsiyə edib.
Leyla