Xəstənin infart keçirdiyini müəyyən etmək üçün bir sıra əlamətlərdən xəbərdar olmaq gərəklidir.
Foodinfo.az xəbər verir ki, bu əlamətlər aşağıdakılardır:
1. Ürəyin sıxılması hissi və təzyiq
2. Sinənin arxasında bıçaqlanma, yanma və ya təzyiq hissi verən ağrı
3. Sol və ya sağ qola, kürəyə, boyuna və qarının üst hissəsinə yayılan ağrı
4. Çiyin, boğaz, boyun və çənəyə kimi yayılan ağrı və uyuşma
5. Nəfəs darlığı
6. Ürəkbulanma
7. Tərləmə
8. Solğun olmaq
9. Başın fırlanması
Ekspertlər qeyd edirlər ki, bu 9 əlamətin hər biri fərqli xəstəliklərdə də müşahidə oluna bilər. Ancaq bu əlamətlər həkimə müraciət etmək üçün xəbərdarlıq olmalıdır.
Leyla