Bitki Mühafizəsi haqqında Beynəlxalq Konvensiyanın (IPPC - International Plant Protection Convention) katibi Osama El-Lissy və Avropa və Aralıq dənizi Bitki Mühafizəsi Təşkilatının (EPPO) sədr müavini Sultan-Mahmud Sultanov Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) olub.
Foodinfo.az-ın məlumatına görə, görüşdə qonaqlara İnstitutun fəaliyyət istiqamətləri, beynəlxalq təşkilatlarla əməkdaşlığı, maddi-texniki bazası, qurumun tabeliyindəki laboratoriyaların işi barədə geniş məlumat verib. Bildirilib ki, İnstitutun nəzdində fəaliyyət göstərən Mərkəzi Fitosanitar Laboratoriyasının əsas fəaliyyət istiqaməti bitki, bitkiçilik məhsulları və karantin nəzarətində olan materiallarda bitkilər üçün zərəli orqanizmlərin aşkarlanması və diaqnostikasıdır. Laboratoriya tez və dəqiq diaqnostikanın təmin edilməsi məqsədilə karantin tətbiq edilən zərərli orqanizmlərin başqa dövlətlərin ərazisindən Azərbaycan Respublikasının ərazisinə keçməsinin və yayılmasının qarşısının alınması, etibarlı sertifikatlaşdırma sisteminin dəstəklənməsi ilə ölkədə istehsal olunmuş bitki və bitkiçilik məhsullarının beynəlxalq bazarlara çıxışına dəstək verilməsi, eləcə də ölkə ərazisində fitosanitar sabitliyin təmin edilməsində mühüm rol oynayır.
Görüşdən sonra qonaq tanışlıq və iş prinsipini öyrənmək məqsədilə İnstitutun laboratoriyalarına baxış keçirib, laboratoriyalarda təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə aparılan müayinə üsulları, ekspertiza və tədqiqat xidmətləri ilə yaxından tanış olub.
Qeyd edək ki, Osama El-Lissy və Sultan-Mahmud Sultanov Bakıda keçirilən IPPC-nin Avropa və Mərkəzi Asiya üçün regional tədbirində işitrak etmək üçün Azərbayacana gəlib.
[gallery ids="50055,50056,50057,50058"]