İsveçdən deportasiya olan İran vətəndaşı Xirad Bandesalari Mölndal şəhərindəki Miqrasiya Agentliyində qidalanma şəraitindən etiraz edib. 
Foodinfo.az Rusiya KİV-ə istinadən xəbər verir ki, burada qida qəbulundan sonra onda ürəkbulanma və qusma yaranıb.
“Qidalanma sadəcə dəhşətdir, hər ötən gün daha da pisləşir”, - deyə İran vətəndaşı bildirib.
Agentlikdən qeyd olunub ki, müvafiq hallarla bağlı aparılan araşdırmalar göstərib ki, həqiqətən də müvəqqəto olaraq saxlanılan şəxslərə köhnə qidalar verilib.

Nurlan