Neyromediator serotonin insanın əhvalına, iştahasına və yuxusuna olduqca böyük təsir edir.

 Foodinfo.az saglamolun.az-a istinadən bildirir ki, orqanizmdə serotoninin səviyyəsi azaldıqda insanda diqqətsizlik, huşsuzluq, əhvalın səbəbsiz pisləşməsi, iştahasızlıq, əsəbilik kimi pozulmalar inkişaf edir. Serotoninin azalması həmçinin depressiya, panik atak kimi ağır pozulmaların inkişafına səbəb ola bilər.

Bədəndə serotoninin ifrazını artırmaq üçün sizə bu kimi sadə üsullar kömək edə bilər:

1. Bəzi məhsullar orqanizmdə serotoninin sintezini stimullaşdırır. Bu məhsullar arasında - pendir, şokolad, kakao, hindquşu əti, balıq, banan, xurma, qoz-fındıq.

2. İdmanla məşğul olmaq da serotoninin ifrazını artırır. Lakin bu zaman idman insana zövq verməlidir. Yoqa da serotoninin ifrazını çox yaxşı artırır.

3. Araşdırmalar göstərir ki, massaj orqanizmdə stress hormonlarının səviyyəsini aşağı salır, serotoninin ifrazını artırır.

4. Serotoninin ifrazını artırmaq üçün belə faydalı qarışıqdan da istifadə etmək olar - hərəsindən 200 qr olmaqla kişmiş, ərik qurusu, qoz, 2 limon (qabıqlı) və 1 stəkan bal götürülür. Bütün ingrediyentlər blenderdə əzilir, bal əlavə olunur, qarışdırılır. Bu qarışıqdan hər gün səhər yeməyindən əvvəl 1 x.q. olmaqla qəbul edin.

Serotonin insanın xoşbəxt, şən əhval ruhiyyə və pozitiv hiss etməsini təmin edən nevrotransmitterdir. Vəzifəsi sinir hüceyrələri arasında elektrik siqnallarını daşımaqdır. Serotonin beyində ifraz edilir. Mərkəzi sinir sistemində və mədə-bağırsaq kanalında yerləşir. Mərkəzi sinir sistemindəki serotonin ruh halını, yuxunu, iştahı, öyrənmək qabiliyyətini, yaddaşı, cinsi əlaqəni və sosial davranışı tənzimləməyə kömək edir. Mədə-bağırsaqdakı serotoninin vəzifəsi həzmi tənzimləməkdir.

Serotonin çatışmazlığına 3 səbəb:

1. Epifizdə ifrazın azlığı

2. Reseptor regionlarının yetərsiz olması

3. Serotonin ifrazında lazımlı olan triptofan maddəsinin azlığı

Bu 3 kimyəvi pozğunluq meydana gəldiyi zaman, depressiya, obsessiv-kompulsiv pozğunluq, təşviş pozğunluğu, panika, həddindən artıq əsəbilik, insomniya və s. ortaya çıxa bilir.

Serotonin stress əleyhinə təsir mexanizmi ilə əlaqədar olaraq günün müəyyən vaxtlarında qandakı miqdarı dəyişə bilir.

Qeyri-kafi qidalanmaq, bədəni canlı tutmağa kömək edən idman hərəkətləri etməmək, kofein istifadəsi, alkoqol qəbulu, süni qidalar və stress orqanizmin serotonin ifrazını iflasa uğradır.

Bəzi qida məhsulları var ki, onlar təbii antidepressant olaraq orqanizmdə xoşbəxtlik hormonu olan serotonin istehsal edir. Həmin hormon orqanizmdə normal miqdarda olduqda insanın həyata olan həvəsi artır və özünü xoşbəxt hiss edir. Ona görə də bu hormona xoşbəxtlik hormonu da deyilir.