Türkiyənin İstanbul şəhərində yuyucu tozu istehsal edən müəssisədə 15-ə yaxın şəxs kimyəvi maddədən zəhərlənib. Foodinfo.az xəbər verir ki, hadisə İstanbulun Avcılar səmtinin Cihangir məhəlləsində baş verib. Məlumata görə, vəziyyəti ağır olan 10 nəfər təcili xəstəxanaya çatdırılıb. Digər şəxslər isə ilkin tibbi müayinədən və prosedurlardan sonra evə buraxılıb.