Plexanov adına Rusiya İqtisadiyyat Universitetinin alimləri saxlama müddəti ötmüş qida məhsullarının idxaldan yüksək asılılığın mövcud olduğu qarışıq yemə çevrilməsi üçün bir neçə üsul işləyib hazırlayıblar. Foodinfo.az bu barədə araşdırmaya göstəriş verən Rusiyanın Ətraf Mühit Operatorunun mətbuat xidmətinə istinadən məlumat yayıb.
“Pərakəndə və ictimai iaşə müəssisələrində formalaşan üzvi və yararlılıq müddəti keçmiş məhsullar təsərrüfat dövriyyəsinə qaytarılaraq heyvan yeminə çevrilə bilər. Rusiyada qida tullantılarının təkrar xammal istehsalı üçün istifadəsi 10%-dən çox deyil.
Yem məhsulları üçün xammal istehsalı üçün balıq, dəniz məhsulları, ət, süd, taxıl və müddəti bitmiş meyvə və tərəvəzlərdən istifadə etmək olar. Bu poliqon tullantılarının utilizasiyasını yarıya qədər azaltmaq üzrə milli məqsədə nail olmaq üçün qida tullantılarının emalının son dərəcə aktual sahəsidir”, - deyə qurumdan bildirilib.
Fərid