İyul ayında ərzaq satışları illik müqayisədə 6,1% artıb, lakin həcmcə 3,6% azalıb.
Ərzağın qiymətlərinin artması fonunda italiyalıların təxminən 58%-i ərzaq istehlakını azaldıb.
Foodinfo.az xəbər verir ki, bu barədə «La Repubblica» qəzeti Legacoop və Ipsos kooperativləri assosiasiyasının keçirdiyi sorğunun məlumatlarına istinadən məlumat yayıb.
«Qiymətlərin artması sizi ixtisar etməyə və ya ərzaq məhsulları almaqdan yayınmağa vadar edəcəkmi?» sualına 27%-i soyuq qəlyanaltıları, 26%-i balıqları, 21%-i əti, 19%-i pendir və dondurulmuş qidaları, 14%-i meyvə, tərəvəz, süd və qatıq, 11%-i isə çörək və makaronu azaldacaqlarını bildirib.
İtaliya Milli Statistika İnstitutunun (İstat) son araşdırması göstərir ki, iyul ayında ərzaq satışları illik müqayisədə 6,1% artıb, lakin həcmcə 3,6% azalıb: yəni istehlakçılar daha çox pul xərcləsələr də daha az yemək alırlar.
Bundan əlavə, italyanlar təkcə satın alınan məhsulların deyil, yemək sistemləri ilə bağlı istehlaklarını da yenidən nəzərdən keçirirlər. Belə ki, respondentlərin 47%-i sobadan istifadə müddətini azaltdıqlarını bildirib.