
Son illər itburnu çayı orqanizmi viruslardan qorumaq üçün ən təsirli vasitə sayılır. Foodinfo.az bildirir ki, bu çay yüksək C vitamini tərkibi ilə immuniteti gücləndirir. İtburnu çayı soyuqdəymə və qrip zamanı temperaturun enməsinə yardımçı olur. Həmçinin boğaz ağrısını və öskürəyi aradan qaldırır. T
ərkibində olan antioksidantlar orqanizmi sərbəst radikallardan qoruyur. Bu təbii içki sinir sistemini sakitləşdirir və stressi azaldır. Mütəxəssislər gündə 2 stəkan isti itburnu çayı içməyi tövsiyə edir. Çay, dəriyə parlaqlıq verərək yaşlanma prosesini də yavaşladır. İtburnu çayı böyrək və sidik yolları üçün də faydalıdır.
Tərkibindəki təbii flavonoidlər qan damarlarını möhkəmləndirir. Qış mövsümündə xüsusilə faydalı sayılır. Gündəlik istifadəsi enerji və gümrahlıq verir.