Yaya doğru hər kəs arıqlamağa başlayır, amma yay tətilində artıq heç kim öz çəkisini düşünmür və istədiyini yeyib-içmək mövsümü açır. Bu səbəbdən tətildə arıqlamaq çox vaxt çətin olur. Bununla belə, yayda çəkiyə nəzarət etməyin çox sadə yolları var.
Foodinfo.az yayda çəkiyə nəzarətlə bağlı 5 qızıl qaydanı təqdim edir.
Yay meyvələrinə diqqət!
İlk növbədə yayda cazibədar yay meyvələrinə diqqət edilməsi lazım olduğunu və meyvələrin o qədər də məsum olmadığını bilmək lazımdır. Çox şirin olmayan meyvələri seçin. Meyvələri kiçik hissələrlə istehlak edin və gündə 2 porsiyanı keçməyin. Meyvələrin tərkibində şəkər olduğu üçün gün ərzində istehlak etdiyiniz meyvə miqdarına diqqət etməlisiniz.
Bol-bol qatıq istifadə edin!
Qatığın karbohidratlar, zülallar və yağlar baxımından balanslaşdırılmış tərkibə malikdir. Qatıq tək başına belə əsas yemək ola bilər. Qan şəkərini tənzimləyən yüngül, soyuq, təzə, doyurucu xüsusiyyətə malikdir. Mümkünsə 1 kasa qatıq və sonra salat yeyəndən sonra əsas yeməyə keçin.
Pendir yeməyinizə diqqət edin!
Pendir gizli bir təhlükədir. Qarpız və pendir ikilisi kilo almağı sürətləndirən bir menyudur. Qarpızı kiçik hissələrdə, mümkünsə, pendirsiz istehlak edin. Çəkisinə fikir verənlər pendir istehlakını normada saxlamalıdırlar.
Karbohidratları diqqətlə istehlak edin!
Tez kökəlmənizə səbəb olan makaron, düyü, kartof kimi qidaları qədərində yeyin. Yemək zamanı üstünlük verilən içkilər də şəkərsiz olmalıdır. Səhər yeməyi üçün yalnız 1-2 dilim sıx teksturalı qəhvəyi çörək istifadə edin. Mümkünsə, başqa yeməklərlə birgə çörəkdən istifadə etməyin.
Bədəni susuz saxlamayın!
Havaların istiləşməsi ilə orqanizmdə artan su itkisini kompensasiya etmək və çəkiyə nəzarəti təmin etmək üçün su istehlakı çox vacibdir. Suyu sevmədiyi üçün az su içdiyini söyləyənlərə suyun dadına görə aşağıda qeyd etdiyimiz qarışıqları az miqdarda qaynar suda saxlayıb bir litr soyuq su əlavə edərək içə bilərsiniz. Eyni qarışığı 1 litr su ilə iki dəfə dəmləyə bilərsiniz.
1. 3 çay qaşığı cökə, 2 çay qaşığı qızılgül, 1 mixək
2. 1 çay qaşığı üyüdülmüş zəncəfil, bir çimdik reyhan və nanə yarpağı, 2-3 nazik dairə limon dilimi
3. 3 çimdik cökə, 3 üzük portağal və 1 nazik dilim limon
4. Limon dilimi və 7-8 nazik meyvə dilimi