Yuxusuzluq və zəif yuxu keyfiyyəti müasir dövrün əsas sağlamlıq problemlərindəndir. Foodinfo.az bildirir ki, ABŞ-ın Sleep Foundation təşkilatının məlumatına görə, bəzi qidalar melatonin və maqnezium tərkibli olduqları üçün yuxu prosesini dəstəkləyir.

Bu siyahıya badam, kivi, çobanyastığı çayı, yulaf və albalı daxildir. “Healthline” platformasında yayımlanan məqaləyə görə, gecə bu qidaların az miqdarda qəbul olunması yuxuya getmə vaxtını qısaldır və yuxunun dərinliyini artırır. Şəkərli, kofeinli və yağlı qidalardan isə axşam saatlarında uzaq durmaq məsləhətdir.

Mütəxəssislər axşam menyusunun yüngül, lakin maqnezium və B6 vitamini ilə zəngin olmasını tövsiyə edir.