Kənd Təsərrüfatı Nazirliyi 19-20 noyabr tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkaları təşkil edir. “Kənddən şəhərə” brendi altında təşkil olunan yarmarkalar əhalinin bir sıra ərzaq və kənd təsərrüfatı mallarına tələbatının artmasını nəzərə alaraq istehlakçıların seçim imkanlarının artırılması, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə keçirilir. xəbər verir ki, yarmarkanın necə təşkil olunmasını, əhalinin marağını, satışa çıxarılan məhsulların qiymət və keyfiyyətini öyrənmək üçün Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının çıxışı) ünvanında təşkil olunan yarmarkaya baş çəkilib. Yarmarkaya maraq qənaətbəxş idi. Alıcılar bildirdilər ki, yarmarkada qiymətlər market və dükanlardan daha ucuzdur. Qiymətləri təqdim edirik. [gallery ids="51864,51865,51866,51867,51868,51869"] Qeyd edək ki, “Kənddən şəhərə” həftəsonu yarmarkaları aşağıdakı ünvanlarda fəaliyyət göstərəcək: - Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının çıxışı) - Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A [gallery ids="51870,51871,51872,51873,51874"]