Tez-tez düyü yeyən insanların gec-tez şəkər xəstəliyinə tutulması riski böyükdür. Foodinfo.az xəbər ki, bu barədə "Sputnik" radiosuna diyetoloq Aleksey Kovalkov məlumat verib. Onun sözlərinə görə, buna səbəb insanın daxilində artıq qlükozanın nişastaya çevrilməsidir. "Evdə olan düyünü götürüb bir neçə damcı yod qatılmış su ilə qarışdırın. Suyun sözün əsl mənasında necə qaraldığını dərhal görəcəksiniz, çünki yodun nişasta ilə reaksiyası davam edəcək. Bədənimizdə də nişastanın sürətlə sərbəst buraxılması ilə eyni reaksiya baş verir. Bu nişasta qanda şəkərin səviyyəsini kəskin şəkildə artıran qlükozaya çevrilir", - həkim izah edib.
Kovalkov bildirib ki, mədəaltı vəzi çox miqdarda insulin buraxır və gec-tez prediabetə səbəb olur. Gələcəkdə 2-ci tip diabet inkişaf edə bilər, bu da daha sonra asanlıqla insulindən asılı diabetə çevrilir. Odur ki, çox tez-tez düyü yeyənlər risk altındadır. Buxarda bişmiş düyü daha az zərərli olsa da, həkim insulin səviyyəsi yüksəlmiş insanlara bu məhsulun heç bir növünü yeməməyi tövsiyə edir. "Sadə bir insulin testi edin. Əgər acqarına insulin səviyyəniz normaldan iki dəfə yüksəkdirsə, deməli siz diabetdən əvvəlki mərhələdəsiniz. İnsulinin səviyyəsi normaldırsa, qorxacaq bir şey yoxdur, düyü yeyə bilərsiniz”, - həkim yekunlaşdırıb.