
Terapevt Elena Malışeva və onun həmkarları əmindirlər ki, eyni məhsul prostat vəzi xərçənginin inkişaf riskini azaltmağa və qan təzyiqini aşağı salmağa kömək edə bilər. Foodinfo.az Edimdoma.ru-ya istinadən xəbər verir ki, söhbət bibərdən gedir.
Bibər yemək prostat xərçənginin inkişaf ehtimalını azaldır və qan təzyiqini aşağı salmağa kömək edir. Bunun sirri bibərin zəngin olduğu bir maddə olan kapsaisindədir.
Bu birləşmə qan damarlarını genişləndirir, bu da qan təzyiqinin azalmasına səbəb olur.
Mütəxəssisin sözlərinə görə, kapsaisin xərçənglə, xüsusən də prostat xərçəngi ilə mübarizə aparır.