Paxlalı bitkilərə aid olan soya kişilər üçün faydalı deyil və impotensiyaya səbəb ola bilir.
Foodinfo.az medicina.az-a istinadla xəbər verir ki, soyanın tərkibində qadın hormonu estrogenə yaxın maddə var.
Qadın sağlamlığı və dölyaratma sisteminə bu maddələr müsbət təsir etsə də, kşilərin sağlamlığına əksinə mənfi təsir edir.
Zülallarla zəngin olan ucuz soya dünyada çox yayılmış məhsuldur və bir çox hazır qidaların (kolbasa, sosis və s.), yarımfabrikatların (dükanlarda satılan müxtəlif blinçiklər, suplar, pizzalar və s.), sousların, mayonezlərin və digər qidaların tərkibinə daxil edilir. Soya zülallarının əsasında "süni" ət hazırlanır İdman proteinlərinin tərkibində də soya var.