İnsanlarda şişkinliyə ən çox fermentləşdirilə bilən oliqosaxaridlər, disaxaridlər, monosaxaridlər və poliollar qida qrupu səbəb olur.
Bunu terapevt, qastroenteroloq Vera Samsonova deyib.
Mütəxəssis mədə problemlərinə səbəb olan qida komponentlərindən biri kimi laktozanın adını çəkib. Bu maddə daha çox süd, qatıq və qaymaqlı pendirlərdə olur.
Həmçinin, buğda və çovdar toxumlarında, paxlalı bitkilərdə, sarımsaq və soğanda olan çoxlu sayda oliqosaxaridlərin istifadəsi də narahatlığa səbəb olur.
Bununla yanaşı, bir çox meyvə və tərəvəzlərdə, şirniyyatlarda, xüsusən də əncir, manqo, xurma və balda olan monosaxaridlər də köp yaradır.
Son xəbərlər
- Xiyar tərəvəzdir yoxsa meyvə?
- Həkim xurmanın ölümcül təhlükəsi barədə xəbərdarlıq edib
- Arıqlamaq və 20 il daha uzun yaşamaq üçün ideal səhər yeməyi
- Dostlarının yemək qalıqlarını yemədiyi üçün sevgilisindən ayrıldı
- 15 il ərzində hər gün eyni şeyi yeyir - SƏBƏB
- Mükəmməl şorbanın düsturu məlum oldu