ABŞ-da koronavirusa yoluxmuş insan hüceyrəsinin görüntüsü yayımlanıb. Foodinfo.az “Report”a istinadən xəbər verir ki, görüntüləri ABŞ-ın Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutu dərc edib. Fotoda COVID-19 virusunun törədicisi olan SARS-Cov-2-yə yoluxmuş insan hüceyrəsi ətraflı təsvir olunub. Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 657 000-i ötüb. Bunların 729 968 nəfəri sağalıb, 185 353 nəfəri isə ölüb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.