Rusiyalı həkim-epidemioloq Kseniya Şorikova bildirib ki, xəstəliyin əvvəlində qripp və koronavirus özünü oxşar simptomlarla büruzə verir. Lakin bu 2 infeksiya arasında müəyyən fərqlər də var.
1-ci fərq – inkubasiya dövrü. Qripin simptomları yoluxmadan 2-4 gün sonra üzə çıxır. Koronavirusun inkubasiya dövrü daha uzundur – 14 günə qədər.
2-ci fərq – asqırma. Qrip və soyuqdəymə zamanı bu simptom tez-tez müşahidə olunur. Koronavirus infeksiyası zamanı isə heç vaxt olmur.
3-cü fərq – burun axması. Koronavirus zamanı bu simptoma çox nadir hallarda təsadüf edilir.
4-cü fərq – oynaq ağrısı. Koronavirus zamanı çox tez-tez müşahidə olunur, qrip zamanı əksinə.
5-ci fərq – baş ağrısı. Kovid zamanı baş ağrısı nadir hallarda olur, qrip zamanı isə əksinə bu ən yayılmış simptomdur.
Həkimin sözlərinə görə, koronavirus hiyləgər infeksiyadır və bəzi hallarda heç bir simptomla özünü büruzə vermir. Qrip zamanı bu mümkün deyil, simptomlar (bədəndə ağrılar, baş ağrısı, yüksək qızdırma, asqırma, öskürək və s.) mütləq meydana çıxır.