Bakıda marketlərin birindən oğurluğa cəhd edən şəxs yaxalanıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Foodinfo.az-a verilən məlumata görə, Binəqədi RPİ 7-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki marketlərin birindən oğurluğa cəhd göstərmiş oranın keçmiş işçisi olan Ucar rayon sakini K.Hüseynov saxlanılıb.
Ətrafında aparılan tədbirlərlə oun 2019-cu il dekabr ayının 10-dan cari il mart ayının 19-dək olan müddətdə həmin marketin anbarından naməlum şəxslərlə birgə 200.000 manat dəyərində ərzaq məhsulları oğurlaması da müəyyən edilib.
Namiq