“Məktəblilərin qida bələdçiləri” layihəsi çərçivəsində təlimlər uğurla davam etdirilir. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən həyata keçirilən növbəti təlim “Qida məhsulu alarkən, saxlayarkən və istifadə edərkən nələrə diqqət etməliyik?” mövzusuna həsr olunub. Foodinfo.az-ın məlumatına görə, təlimdə mövzuya aid geniş təqdimat nümayiş etdirilib, istehlakçıların qida məhsulu seçərkən etiket məlumatlarında nəzər yetirməli olduqları əsas məqamlar diqqətə çatdırılıb. Eyni zamanda qidalar, o cümlədən ət və ət məhsulları, balıq məhsulları, yumurta, süd və süd məhsullarının alınması, saxlanması və istehlakı zamanı vacib olan digər məsələlər müzakirə olunub. Qeyd edək ki, AQTİ-nin təşkilatçılğı ilə təşkil olunan layihə UNICEF-in dəstəyi və Təhsil Nazirliyinin iştirakı ilə keçirilir. Təlimləri uğurla başa vuran iştirakçılar fəaliyyət göstərdikləri məktəblərdə bufetlərin fəaliyyəti, həmçinin tərəflərin qida təhlükəsizliyi və sanitar qaydalara hansı formada əməl olunmasına ictimai nəzarəti həyata keçirəcək.