Avropa Neyropsixofarmakologiya Kollecinin tədqiqatçıları nikotinin qadın orqanizminə təsirini aşkar ediblər. Foodinfo.az xarici mediaya istinadən xəbər verir ki, araşdırmanın nəticələri “EurekAlert” jurnalında dərc olunub. Təcrübədə 10 qız iştirak edib. Onlara nikotin venadaxili yeridilib, bundan sonra hormonların istehsalına cavabdeh olan fermentlər nəzərdən keçirilib. Növbətə mərhələdə alimlər sinir sistemindəki dəyişiklikləri izləyiblər. Məlum olub ki, az miqdarda nikotinin belə qadın hormonu estrogeninin istehsalını azaldır. Bundan əlavə, bildirilib ki, nikotinin beynin hisslərdən gələn siqnalları ötürmək və onları təhlil etmək üçün məsul olan hissəni - talamusu pozur. Qeyd edək ki, bu, nikotinin qadın orqanizminə təsiri ilə bağlı ilk araşdırmadır. Gələcəkdə mütəxəssislər siqaretin reproduktiv sistemə və zərif cinsin münasibətlərə necə təsir etdiyini öyrənməyi planlaşdırırlar.