Gün ərzində bir neçə saat yatmaq yaşlandıqca beyninizi sağlam saxlamağa kömək edə bilər. Araşdırmalara görə, bəzi insanların həyatları boyu arıq qalmasını şərtləndirən yeganə amil iradə gücü deyil.

 Foodinfo.az Lent.az-a istinadən xəbər verir ki, alimlər bu hadisənin əsasının genetik mutasiyalar olduğunu irəli sürürlər. Kembric Universitetindən olan bir qrup tədqiqatçı çəki artımının səbəblərini araşdırmaq üçün qidalanma pozğunluğu olmayan 2000-ə yaxın arıq və sağlam insanın DNT-sini araşdırıb.

Əldə edilən məlumatlar Genom Tədqiqat Mərkəzində - Serger İnstitutunda mövcud olan müxtəlif çəkilərdə olan 14 000-ə yaxın insanın genomları ilə müqayisə edilib. Nəticədə, piylənmə və ya arıq fiziki formanı saxlamaqla əlaqəli yeni genetik mutasiyalar aşkar edilib.

“Tədqiqatımız ilk dəfə göstərir ki, sağlam, arıq insanlar bu şəkildə qalırlar, çünki onlarda kilo almağa kömək edən daha az gen var. Tələsik nəticə çıxarmaq və insanları artıq çəkiyə görə tənqid etmək asandır, lakin elm hər şeyin daha mürəkkəb olduğunu göstərir. Biz çəkimizə ümumi olaraq düşünüldüyündən daha az nəzarət edirik”,- deyə tədqiqatçı Sadaf Farooqi bildirib.

Yeni araşdırma bəzi insanların niyə heç vaxt kökəlməməsinin sirrini tam açır. Hazırda elm adamları aşkar edilmiş mutasiyaların iştaha və ya sabit çəki saxlamaq qabiliyyətinə necə təsir etdiyini dəqiq bilmirlər. Genetiklər oxşar genetik kodu olmayanlara necə kömək etmək lazım olduğunu anlamaq üçün əlavə araşdırmalar aparmağı planlaşdırırlar.