"Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradova bu gün Dünyadakı Azərbaycanlı Təbiblərin Simpoziumunda çıxışı zamanı dövlətçiliyə hər zaman sadiq və millətinin yanında olan gənc azərbaycanlı həkimlərə və eləcə də Kölndə keçirilən Almaniyadakı Azərbaycanlı Həkimlərin I Forumuna verdiyi xüsusi dəyərə görə təşəkkür edirəm! O, cənab Prezidentin sadiq əsgəri olaraq, dövlətini sevən gənclərə dəstək məsələsində hər zaman bir nümunədir".

Foodinfo.az xəbər verir ki, bunu Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin sədri Nuran Abdullayev feysbuk hesabında yazıb.

"Biz isə öz növbəmizdə göstərilən etimadı doğrultmağa davam edəcəyik!" - N.Abdullayev vurğulayıb.