Abqora üzümün hələ tam yetişmədən sıxılaraq əldə edilən təbii içki olaraq tanınır.
Foodinfo.az xəbər verir ki, ənənəvi olaraq, Qafqaz, Orta Asiya və Yaxın Şərq mətbəxlərində geniş istifadə olunan abqora təravətləndirici dadı və sağlamlıq faydaları ilə diqqət çəkir.
Abqora vitamin C, minerallar və antioksidantlarla zəngindir. O, həzm sisteminə müsbət təsir göstərir, həzm prosesini asanlaşdırır və turşuluq səviyyəsini tənzimləyir. Mədə-bağırsaq problemlərini yüngülləşdirmək üçün faydalıdır.
Həmçinin iştaha açmağa kömək edir və yeməklərin ləzzətini artırır.
O həm də qan şəkərini tənzimləyir, buna görə də şəkər xəstələri üçün bu içki məsləhət görülür.
Turş tərkibi sayəsində soyuqdəymə və boğaz ağrılarının müalicəsində də istifadə edilir.