Azərbaycanda 2022-ci ildə 5 538,0 milyon manatlıq bitkiçilik məhsulları istehsal edilib.
Foodinfo.az xəbər verir ki, bu da 2021-ci illə müqayisədə 3,3% çoxdur.
Hesabat dövründə tarlalardan 3 161,3 min ton dənli və dənli paxlalı bitkilər (illik müqayisədə 6 % az), 1 074,3 min ton kartof (1,2 % çox), 1 823,3 min ton tərəvəz (0,4 % çox), 469,3 min ton bostan məhsulları (2,0 % çox), 1 253,1 min ton meyvə və giləmeyvə (4 % çox), 212,6 min ton üzüm (1,3 % çox), 1 min ton yaşıl çay yarpağı (15 % az), 222,7 min ton şəkər çuğunduru (15,3 % çox), 321,8 min ton pambıq (12,1 % çox), 29,4 min ton günəbaxan (13,8 % çox) və 5,1 min ton tütün (21 % az) yığılıb.
Nərmin