Hindistanda onlarla insan saxta spirtliiçkidən zəhərlənib. 21 nəfərin dünyasını dəyişdiyi bildirilir.
Foodinfo.az xəbər verir ki, saxta içkilərdən zəhərlənənlər əsasən Əhmədabad və Botad bölgələrindəndir.
Daha 30 nəfərin vəziyyətinin ağır olduğu vurğulanıb.
Qeyd edək ki, bundan əvvəl də Hindistanda spirtli içkilərdən kütləvi zəhərlənmələr olub və ayrı-ayrı faktlar üzrə 133 və 86 nəfər araqdan zəhərlənərək ölüb.