Oynaq ağrılarını azaltmaq üçün qidalanmamızda bəzi məhsullardan istifadə etməliyik.
Foodinfo.az xəbər verir ki, bu barədə dietoloq, sağlam qidalanma üzrə ekspert, Rusiyada XFIT fitness testləri üzrə mütəxəssis Yekaterina Strelnikova danışıb.
Ekspert oynaq ağrılarının azalmasında Omeqa-3 rolundan bəhs edib:
“Bu maddələr bütün oynaq toxumalarına iltihab əleyhinə güclü təsir göstərir, regional qan axını və oynağı əhatə edən toxumalarda mikrosirkulyasiyanı yaxşılaşdırır. Bu maddə balıq yağı və yağlı balıqlarda (ilanbalığı, qızılbalıq, nərə, siyənək və s.) tapılır”, - deyə ekspert vurğulayıb.
Mütəxəssis oynaqların sağlamlığı üçün həftədə iki-üç dəfə dəniz məhsulları yeməyi məsləhət görür.
“Bu məhsullarda tərkibindəki yüksək miqdarda A, D, K, E vitaminləri və yüksək yod dəyəri sayəsində kollagen sintezini təmin edən minerallar vardır”.
Ekspert həmçinin orta yağ tərkibli süd məhsullarından istifadəni də tövsiyə edib.