Rafinə olunmuş karbohidrat qidalar oynaqlarda ağrıları kəskinləşdirir.
Foodinfo.az "Medicina.az"a istinadən xəbər verir ki, dietoloq Vasilisa Ponomaryeva oynaqlarda artriti, artrozu, iltihabı kəskinləşdirən ən pis qidaları açıqlayıb.
"Xəstələr oynaq iltihabı və ağrılarını kəskinləşdirən qidalardan uzaq durub, simptomları azaldan qidaları yeyə bilər.
Bunlara rafinə olunmuş karbohidratlar, un, şirniyyat, un məmulatı, ağ düyü, peçenye, fast-food daxildir.
Hazırkı buğda rafinə olunub, onun lifi yoxdur. Müasir buğdadan, ağ undan qidalar oynaq ağrılarını daha da kəskinləşdirə bilər.
Buğda nəinki oynaqlarda, bütün bədəndə iltihaba səbəb olur.
Ağ un əvəzinə çovdar, qəhvəyi düyü, qarabaşaq, tam taxıl seçin.
Oynaq ağrıları olanlar alkoqol, siqaret, qazlı içki, marqarindən uzaq durmalıdır.
Daha çox zeytun yağı, balıq yağı, balıq, qoz, meyvə, pomidor yeməlidir".