Paltaryuyan maşında yuyulan paltarlarda zamanla pis qoxu problemi ilə qarşılaşmaq tez-tez rast gəlinən hallar arasındadır.
Paltaryuyan maşının daxili təmizlənməsini mütəmadi olaraq yerinə yetirməmək paltaryuyan maşınınızın içindən qoxunun gəlməsinə və yuduğunuz paltarlarınızın zamanla pis iy verməsinə səbəb ola bilər.
Foodinfo.az paltaryuyan maşının daxili təmizlənməsini təmin edən və paltaryuyan maşındakı bütün qalıqları məhv edəcək pratik üsulu təqdim edir.
Paltaryuyan maşının daxili təmizlənməsini həyata keçirməyə imkan verən üsullardan birincisi düzgün təmizləmə kombinasiyasını etməkdir.
Paltaryuyan maşındakı pis qoxunu praktiki olaraq aradan qaldırmaq və paltaryuyan maşının təmiz olmasını təmin etmək üçün yuyucu vasitənin içinə 1 stəkan sirkə, 2 xörək qaşığı duz və 1 xörək qaşığı soda əlavə edin.
Bütün inqrediyentləri deterjan dispenserinə əlavə etdikdən sonra paltaryuyan maşınınızı yüksək temperaturda ən azı 1,5 saat boş işlədin. Sonra qalan qalıqları da çıxarmaq üçün yüksək temperaturda yenidən boş işlədin.
Bütün bu proseslərdən sonra paltaryuyan maşınınızın daxili təmizlənməsi təmin olunacaq.