32 yaşlı amerikalı Danielle Miller “TikTok” və “Instagram”dak lüks paylaşımları ilə fenomenə çevrilib. Ancaq bu lüks həyatın arxasında 1,5 milyon dollarlıq pandemiya fırıldaqçılığı çıxıb.
Bu barədə Foodinfo.az Türkiyə KİV-ə istinadən xəbər verir.
Qeyd olunur ki, Miller 10-dan artıq insanın şəxsiyyət vəsiqəsini oğurlayaraq COVID-19 üçün ayrılmış dövlət fondlarından vəsait mənimsəyib.
“Düzünü desəm, özümü hər şeydən çox fırıldaqçı kimi hiss edirəm”, - deyə D.Miller bildirib.
Günahını etiraf edən Millerə pulları geri qaytarması şərtilə 6 ay həbs cəzası verilib.