İsti fəsildən sərin payıza keçəndə insanın immuniteti zəifləyir, allergik xəstəlikləri olan uşaqlarda viruslar aktivləşir, bəzən bu halları soyuqdəymə kimi qiymətləndirib lazımsız dərman qəbul edilir.
Payız fəslinin gəlişi ilə insanların üzləşə biləcəyi xəstəliklərlə bağlı dünya alimlərinin araşdırma və tövsiyələrini oxucularına təqdim edir.
Foodinfo.az xəbər verir ki, alimlərin qənaətinə görə, payız fəslində allergik xəstəliklərdən savayı, ürək-qan dövranı, şəkərli diabet, mədə-bagırsaq xəstəlikləri və s. kəskinləşir. Bu fəsildə insanların psixologiyasında da müəyyən problemlər yaranır. Əslində bu hal yalnız insanlarda deyil, bütün canlılarda müşahidə edilir.
Həkimlər bildirir ki, biokimyəvi stress insan psixologiyasında ciddi fəsadlar yaradır: psixologiya insan fiziologiyasına, biokimyasına birbaşa bağlıdır.
Fəsil dəyişkənliyi insan orqanizmində olduğu kimi, onun psixologiyasında da müəyyən dəyişikliklərə səbəb olur. İnsanda daha çox depressiya halları müşahidə edilir. İntəhası, qısamüddətli halsızlıq, ruh düşkünlüyü qorxulu depressiya kimi qəbul olunmamalıdır.
Depressiya qrip kimi bir şeydir. Həkim müdaxiləsi olmadan bir aya keçib gedir. Yəni bu, səthi depressiyadır, bütün canlıların özlərini yeni mövsümə hazırlayarkən keçirdikləri durğunluq dövrüdür. Fiziki və ruhi dəyişikliyi bəzi heyvanlar qış yuxusuna gedərək keçirir.
Payızda orqanizmin müqavimətini artırmaq məqsədilə vitamin- meniral balansını möhkəmləndirmək lazımdır. Bunun üçün meyvə- tərəvəzdən bol istifadə etmək, hər gün təmiz havada ən azı bir saat gəzmək, yüksək əhval-ruhiyədə olmaq, mənzilin tozunu nəm əski ilə tez-tez silmək, havasını dəyişmək vacibdir.
Vitamin balansını və immuniteti gücləndirmək üçün təbii tərkibli Şəfa vitamini, Nat qara zirə, Nat sarımsaq kapsullarından istifadə olduqca faydalı sayılır.